Yunanıstanda kino-teatra çevrilən qədim məscid bərpa ediləcək

0

Yunanıstanın Selanik (Saloniki) şəhərində Osmanlı dövründən qalan “Həmzə bəy” məscidinin bərpa ediləcəyi bildirilib.

Yerli mətbuatın yaydığı xəbərə görə, Mədəniyyət və İdman Nazirliyi bu məqsədlə bərpa fondundan 10.5 milyon avro vəsait ayırıb.

Xəbərdə həmçinin qeyd edilib ki, bərpa fəaliyyətinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

1468-ci ildə Selanikdə tikilən “Həmzə bəy” məscidi Yunanıstanın müstəqilliyindən sonra qısa müddət məbəd kimi istifadə edilib. Daha sonra məscidin minarəsi uçuruldu, günbəzindəki yazılar və xətt əsərləri silindi, taxta minbəri yox edildi.

Şəhərin mərkəzində olan məscid 1927-ci ildə Yunanıstan milli bankının balansına verildi. Daha sonra satılan məscidin küçəyə baxan hissələri bölünərək mağazaya çevrildi. İbadət hissəsi isə kino-teatra çevrilərək 1980-ci ilə qədər burada film nümayişi oldu.

Zəlzələlərdə zərər görən məbəd dövrümüzə qədər tamamilə uçmayıb. Bbərpadan sonra məbədin məscid kimi fəaliyyət göstərib-göstərməyəcəyi barədə məlumat verilmməyib.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUD ÇAVUŞOĞLU AZƏRBAYCANLA BAĞLI PAYLAŞIM EDİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında Azərbaycanla bağlı paylaşım edib. Paylaşımda deyilir: "Can Azərbaycanla bənzərsiz həmrəylik. Bizim təşəbbüskar,...

Bağla