Azərbaycandakı Türkiyə vətəndaşlarının seçkilərin ikinci turu üçün səs verəcəyi tarix açıqlanıb

0

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədər olaraq Azərbaycandakı qardaş ölkənin vətəndaşları üçün səsvermə prosesinin təşkil ediləcəyi tarix məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, səsvermə prosesi 20-23 mayda olacaq.

3 gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş Konsulluğunun binasında təşkil olunacaq.

Məlumata görə, seçkilərdə ümumilikdə 6600-dən çox seçici iştirak edəcək.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilmiş seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də baş tutacaq. Prezidentliyə iki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“28 MAY SEÇKİSİNDƏN QALİB ÇIXACAĞIQ VƏ TARİXİ UĞUR QAZANACAĞIQ”

Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 may seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq. Bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla