Türkiyənin xüsusi sidmət orqanı MİT (Milli İstihbarat Təşkilatı) terror qruplaşması PKK/YPG-nin Aynularab (Kobani) üzrə rəhbər şəxslərindən olan Tuba Karakoçu zərərsizləşdirib.
Yerli mətbuatın xəbərinə görə, 2013-cü ildə PKK terror qruplaşmasına girən Karakoçu MİT keçirdiyi əməliyyatla məhv edib.
Türkiyədə terakt törətməyə hazırlaşan və bir çox terror hadisəsinə görə məsuliyyət daşıyan Tuba Karakoçun PKK-ya maliyyə dəstəyi təmin etmək üçün İraqa gedib gəldiyi bildirilib.
Bu məlumatlardan sonra MİT terrorçunu izləməyə başlayıb və onu Suriyanın Sırrınayn bölgəsində öldürüb.