Ermənistan silahlı qüvvələri mövqelərimizə qarşı döyüş PUA-ları tətbiq edib

0

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Alman ordusundakı müsəlman əsgərlər üçün ruhani rəhbər tələb edilib

Almaniyada bəzi millət vəkilləri hökuməti Almaniya ordusundakı müsəlman əsgərlərə əxlaqi məsləhət və təlimlər verəcək bir din xadimi təyin etməyə çağırıb....

Bağla