“AVROPANIN QAZLA TƏMİNATI İLƏ BAĞLI AZƏRBAYCANLA DANIŞIQLAR APARIRIQ”

0

“Türkiyə Avropanı qazla təminatı ilə bağlı Azərbaycan və digər ölkələrlə danışıqlar aparır”.

“Haber Global” xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz deyib.

Türkiyə Avropanı təxminən 40 milyard kubmetr qazla təmin edə biləcək. Hazırda Ankara ilə 15 ölkə, o cümlədən Azərbaycan, Fars körfəzi dövlətləri ilə danışıqlar aparılır.

Nazir bildirib ki, bir il ərzində Türkiyədə Avropaya qaz nəqli üçün terminal fəaliyyətə başlayacaq. Təbii qazın Türkiyə üzərindən Avropa ölkələrinə tranziti terminalı il ərzində maksimum qazanc əldə edəcək.

Onun sözlərinə görə, layihə xüsusilə qovşağın olub-olmayacağını soruşmayan, lakin nə vaxt işə başlayacağı ilə maraqlanan Cənubi Avropa ölkələri üçün vacibdir.

“Qaz ticarət mərkəzi bir il ərzində maksimum qazanc əldə edəcək. Onun fəaliyyət göstərməsi sayəsində Avropa ölkələrinə daha çox qaz satmaq və Türkiyə ilə bağlı enerji mənbələrini şaxələndirmək mümkün olacaq”, – Dönməz bildirib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşib”

“Ermənistan mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşırdı. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdi”....

Bağla