İNKİŞAFIN YÖNÜ

0

İnsanların inkişafı daxildən xaricə doğrudur. İnsanlar möcüzələri ətrafda axtarır, məgər ki, möcüzələr insanların içində baş verir. İnsan öz daxilində möcüzələr yaratdığı təqdirdə, xaricdə qaranlıqlar aydınlıq olur. Bu, o deməkdir ki, insan öz daxilində bir dəyişiklik etdiyi zaman ona verilən ilahi nemətlər də dəyişir. Bu barədə Allah belə buyurur: “Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri, niyyətlərini) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz” (Rad 11).  

İnsanların dəyişməsi onların özlərinin dəyişim niyyəti ilə başlayır. Pisə doğru istiqamət də belədir. Yaxşı bir insan düşünün, bir gün bu insanın qəlbində pis niyyətlər oyanmağa başlayır, arxasınca paxıllıq, həsəd və təkəbbür kimi mənfi hislərə qapılır. Belə olduğu təqdirdə Allah, o insanın gedişini mənfiyə doğru asanalaşdırır (Leyl 8,9). Bu barədə Quranda belə deyilir: “Bir vaxtlar Musa öz qövmünə: “Ey qövmüm! Mənim Allahın sizə (göndərdiyi) peyğəmbəri olduğumu bildiyiniz halda nə üçün məni incidirsiniz?” – demişdi. Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Allah fasiqləri doğru yola yönəltməz” (Saff 5). Bu ayə bizə xəbər verir ki, Musanın qövmünün qəlbləri azdı və bunun səbəbi onların öz peyğəmbərlərinə əziyyət vermələri idi. Bu əməllərdən əl çəkmədikləri üçün yoldan azdılar. Başqa bir ayədə Rəbbimiz: “Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb: “Sizi görən varmı?” – deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərmişdir” buyuraraq inkarçıların qəlblərinin haqdan dönməsi hadisəsini onların özlərinin haqdan dönmələrinə bağlamışdır. Peyğəmbərlə birlikdə olmadıqları və onu dəstəkləmədikləri üçün Allah anların qəlblərini haqdan döndərdi.

Adəm aleyhissalam xəta işlədikdən sonra tövbə edərək öz daxilində bir dəyişiklik etdi, ardından isə Allah onu bağışladı və ucaltdı (Taha 121, 122). Yunus aleyhissalam da öz xətasını anladı və tövbə etdi. Allah onun tövbəsini qəbul edib onu izzətləndirdi (Saffat 143-146). Onun yüz min nəfərdən ibarət xalqı da Allaha iman edərək, daxili dünyalarında yaxşıya doğru dəyişiklik etdilər, beləliklə Allah onları əzabdan qorudu, ucaltdı və hidayət əta etdi (Yunus 98).

Deməli, maddi və mənəvi inkişafın istiqaməti daxildən xaricə doğrudur. Bunun əksi, yəni xaricdən daxilə doğru inkişaf Allahın seçdiyi xüsusi insanlara (peyğəmbərlərə, vəlilərə və s.) şamil edilir. Hər bir insan öz daxili dünyasını özü düzəltməli, inkişaf etdirməli, Allahdan başqa heç kimdən mədəd ummadan və gecikmədən yola rəvan olmalıdır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident! Azərbaycanda fəaliyyət...

Bağla