“Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağın azadlığı Türk dünyası üçün strateji addım oldu: “Qarabağdakı qələbə nəticəsində türk dövlətlərinin özünəinamı bərpa olundu. Azərbaycanla imzaladığımız “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz daha da möhkəmləndi”.
M.Çavuşoğlu bildirib ki, türk dövlətləri arasında əlaqə bundan sonra da inkişaf edəcək: “Artıq Şimali Kipr də bizə qoşulub”.
Nazir Türkiyənin Azərbaycanın yanında olmasından narahatlıq keçirənləri də tənqid edib: “Onlar bu yolla Ermənistanı, Qərbi sevindirməkmi istəyirlər?!”