ZAKİR HƏSƏNOV HULUSİ AKARA MİNNƏTDARLIQ MƏKTUBU GÖNDƏRİB

0

Məktubda deyilir: “Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.

Siz daima Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daima mənəvi dəstək olmusunuz.

Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.

Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.

Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Çavuşoğlu: “Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq”

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun tvitinə münasibət bildirib. türkiyəli diplomat C.Bayramova təşəkkürünü bildirib:...

Bağla