TÜRKİYƏNİN YENİ XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

0

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov telefon danışığında Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.

Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAKİR HƏSƏNOV HULUSİ AKARA MİNNƏTDARLIQ MƏKTUBU GÖNDƏRİB

Məktubda deyilir: "Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz...

Bağla