Peyğəmbər aşiqi dərzi Muhamməd adlı müştərilərindən pul almır

0

İraqın Kərkük şəhərində dərzilik edən İbrahim Gədikağa, Muhamməd adlı müştərilərindən pul almır.

Şəhərdə 50 ildir dərzilik edən 64 yaşlı Gədikağa, artıq 15 ildir Muhamməd adlı müştərilə pulsuz xidmət etdiyini bildirib.

“Son 15 ildir Həzrəti Muhammədin ﷺ adını daşıyan bütün müştərilərimə pulsuz dərzilik xidməti göstərirəm. hərəti Muhammədin ﷺ adının yaşadılması üçün belə bir addım atıram. Uşaq, böyük fərqi qoymadan bu xidməti bütün Muhammədlərə göstərirəm.” – deyə dərzi qeyd edib.

Bu xidmətinə müqabil olaraq sadəcə müştərilərindən salavat gətirmələrini istəyən İbrahim Gədikağa, bir övladının və iki nəvəsinin adının Muhamməd olduğunu deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək

Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək. “TRT Haber” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi...

Bağla