RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA DÖVLƏT SƏFƏRİNƏ GƏLİB

0

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“QARDAŞLARIN BÖYÜK GÖRÜŞÜ VƏ QUCAQLAŞMASI BU GÜN BAŞ TUTACAQ”

“Qardaşların böyük görüşü və qucaqlaşması bu gün baş tutacaq”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə yazıb. O, Türkiyə Prezidenti...

Bağla