“Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq”

0

“Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə – Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir: “Bunun nümunəsini Türkiyədə baş verən zəlzələ zamanı gördük. Çünki Azərbaycan dövləti və xalqı kədərimizi öz kədəri kimi qəbul etdi. Azərbaycan xilasediciləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz və xalqım adından minnətdarlığımı bildirirəm. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Növbəti illərdə dostluğumuz və qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaq”

"Növbəti illərdə dostluğumuz və qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaq". Bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də...

Bağla