Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyunun 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə iyunun 17-21-də ziyarətə yola düşəcəkdir.
Qeyd edək ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə iyulun 5-11-də Vətənə qayıdacaqlar.