Azərbaycan sərhədçiləri Ermənistanın təxribat törətdiyi postunu darmadağın edib

0

Azərbaycan sərhədçiləri Ermənistanın təxribata başladığı postunu darmadağın edib.

“Report” xəbər verir ki, iyunun 15-də Ermənistan silahlı qüvvələri Zəngilan rayonu istiqamətində təxribat törədib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) cavab tədbirləri nəticəsində düşmənin postu tamamilə dağıdılıb.

Xatırladaq ki, ötən gün Azərbaycanın dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Ermənistan silahlı birləşmələri silahlı təxribata əl atıblar. Əvvəlcə Azərbaycan sərhəd zastavasına atıcı silahlardan atəş açılıb, daha sonra isə minaatan artilleriya və digər döyüş sursatlar işə salınıb. Azərbaycan hərbçiləri adekvat cavab tədbirləri görüblər.

https://t.me/reportnewsaz/75668

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Sabahdan təyyarə reysi ilə 1440 azərbaycanlı zəvvar Həcc ziyarətinə yola düşəcək

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyunun 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər. Bu barədə Qafqaz Müsəlmanları...

Bağla