“ZƏNGƏZUR DƏHLİZİ ÖLKƏMİZLƏ YENİ NƏQLİYYAT ƏLAQƏSİ YARADACAQ”

0

Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvanı birləşdirəcək, Türkiyə ilə yeni nəqliyyat əlaqəsi yaradacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Zəngəzur dəhlizi gələcəkdə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin işlək olması Orta Dəhlizin dəmir və avtomobil yolu ilə yükdaşıma qabiliyyətini artacaq. Həmçinin bu Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji sahəsindəki əməkdaşlıq Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyətini artıracaq.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZİLHİCCƏ ORUCU

İslama görə Zilhiccə ayının ilk on günü fəzilətli günlər sayılır. Bu günlərdə edilən saleh əməllər digər günlərdə edilən saleh əməllərdən...

Bağla