AZƏRBAYCAN VƏ TÜRKİYƏ HƏRBÇİLƏRİNİN İŞTİRAKI İLƏ BİRGƏ TƏLİM BAŞLAYIB – VİDEO

0

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Alpan-2023” birgə təlimi keçirilir.

Ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərini uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mübariz Qurbanlı: Azərbaycandakı məscidlərdən 1500-ə qədəri daimi fəaliyyət göstərir

Azərbaycanda 2500-ə qədər məscid var. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən...

Bağla