ZƏVVARLARI SEVİNDİRƏN XƏBƏR – BÜTÜN MƏHDUDİYYƏTLƏR LƏĞV OLUNUR

0

Səudiyyə Ərəbistanı krallığı müqəddəs məkanlarda Həcc ziyarəti üçün hazırlıqlara davam edir.

Bu il ilk dəfə covid-19 məhdudiyyətləri olmadan Həcc ziyarəti həyata keçiriləcək. Buna görə, zəvvarlara qoyulan yaş və ziyarətçi sayı məhdudiyyəti aradan qaldırılıb.

Xatırladaq ki, 2019-cu ildə 2.5 milyon olan zəvvar sayı, qlobal pandemiya səbəbindən 2020—ci ildə 10 min, 2021-ci ildə isə 60 min olmuşdu. `

2022-ci ildə pandemiyadan sonra ilk dəfə əcnəbi zəvvarların Həcc ziyarətinə izn verilsə də, bu zaman yaş məhdudiyyəti və sağlamlıq arayışı tələbi vardı.

Amma bu il Həcc ziyarəti üçün xaricdən gələn zəvvarların sayı indidən 1 milyonu ötüb.

Səudiyyənin vəliəhd şahzadəsi Muhamməd bin Salmanın Məscidi-Haramda keçirəcəyi tikinti quruculuq işləri nəticəsində 2030-cu ilə qədər bir mövsümdə 30 milyon zəvvarın ziyarəti planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli...

Bağla