İLHAM ƏLİYEV VƏ ƏRDOĞAN ARASINDA TELEFON SÖHBƏTİ OLUB

0

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA QURBAN BAYRAMI QEYD OLUNUR

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. İyunun 28-i və 29-u Qurban bayramı günləridir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının...

Bağla