ICESCO STOKHOLMDA “QURANİ-KƏRİM”İN YANDIRILMASI İLƏ BAĞLI BƏYANAT VERİB

0

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim”in nüsxəsinin yandırılması ilə bağlı bəyanat verib.

Bəyanatda müqəddəs Qurban bayramı günlərində bütün dünya müsəlmanlarının hisslərini təhqir edən bu barbarlıq aktı kəskin şəkildə pislənilib.

Bəyanatda deyilir: “ICESCO bir daha təsdiq edir ki, ekstremistlərin bu qəddar hərəkətinin təkrarlanması onlar tərəfindən sivilizasiyanın məğlubiyyətini, mədəni və dini müxtəlifliyi təşviq edən tolerantlığın rədd edilməsini ifadə edir, həmçinin düşmənçiliyin qızışmasına və nifrət ritorikasının canlanmasına səbəb olur.

ICESCO vurğulayır ki, millətlərin və xalqların həyatını tənzimləyən dəyər və prinsiplərin lazımi səviyyədə qiymətləndirilməməsi beynəlxalq birliyin təhlükəsizliyinə və inkişafına xələl gətirə biləcək ən təhlükəli məhvedici silahdır. Təşkilat bu açıq həqiqəti nəzərə alaraq, beynəlxalq ictimaiyyəti bəşəriyyətin dünya miqyasında əziyyət çəkdiyi münaqişələri kəskinləşdirməyə aparan bu dəhşətli aktlara daha ciddiyyətlə yanaşmağa çağırır. Bu cür iyrənc cinayətlərin təkrarlanmasının həm Şərqdə, həm də Qərbdə möminləri “Qurani-Kərim”in gündən-günə artan dəyərini aşağı salmayacağını xatırladan ICESCO xəbərdarlıq edir ki, belə hallara etinasız yanaşan hər hansı hökumət bəşəriyyəti etik dəyərlər, mədəniyyət və xalqların adət-ənənələrinə hörmət yolundan uzaqlaşdırır”.

Təşkilat, həmçinin sülh dəyərlərini qorumaq və maarifləndirmə mədəniyyətini bu cür mənfi tendensiyalarla mübarizə aparacaq şəkildə təşviq etmək üçün bütün sülhsevər qüvvələr ilə əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT İsveçdə “Qurani-Kərim”in yandırılması ilə bağlı fövqəladə iclas keçirib

Ciddədə 14-cü İslam Zirvə Toplantısının və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İcraiyyə Komitəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının dəvəti ilə təşkilatın İcraiyyə...

Bağla