ÜMRƏ MÖVSÜMÜNÜN BAŞLADIĞI ELAN EDİLDİ

0

Həcc mövsümü və Qurban bayramının başa çatması ilə Səudiyyə Ərəbistanı krallığı Ümrə mövsümünün başladığını elan edib.

Bu barədə məlumat yayan krallığın rəsmi SPA agentliyi 3 iyuldan etibarən Ümrə mövsümünün başladığını bildirib.

Xəbərdə həmçinin, Məkkə və Mədinə ziyarətləri səbəəbilə Ümrə vizaları üçün xarici ölkə vətəndaşlarının online müraciət edə biləcəkləri qeyd edilib.

Viza alanların isə 1 məhərrəm 1445-ci il (19 iyul) tarixdən etibarən Ümrə ziyarətinə gələ biləcəkləri açıqlanıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı krallığı Həcc və Ümrə Nazirliyininin rəsmi açıqlamasına görə bu il 150 ölkədən ümumilikdə 1 milyon 845 min nəfər hacı olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ICESCO STOKHOLMDA “QURANİ-KƏRİM”İN YANDIRILMASI İLƏ BAĞLI BƏYANAT VERİB

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim”in nüsxəsinin yandırılması ilə bağlı bəyanat verib. Bəyanatda müqəddəs...

Bağla