TÜRKİYƏ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ TƏZƏPİR MƏSCİDİNİ ZİYARƏT EDİB

0

Azərbaycanda səfərdə olan Türkiyə  Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və xanımı Təzəpir məscidini ziyarət ediblər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidməti məlumat yayıb.

Qonaqlara Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını yetirən QMİ sədinin müavini Fuad Nurullayev Təzəpir məscid-kompleksinin tarixi, Azərbaycan dövlətinin  diqqət və qayğısı ilə ərazidə aparılan bərpa işləri barədə ətraflı məlumat verib.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və xanımı Təzəpir məscidini inşa etdirən tanınmış xeyriyyəçi Nabat xanım Aşurbəyovanın kompleksin ərazisindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Zühtü Arslan məsciddə namaz qılaraq bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin sabitliyi, davamlı tərəqqisi, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün dualar etdiyini bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DEPUTAT: “TƏƏSSÜF Kİ, AVROPADA İSLAMOFOB MEYİLLƏR ARTIR”

“Təəssüf ki, Avropada islamofob meyillər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət...

Bağla