İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Məhəmməd Abdelvahab ilə görüşərək onunla işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Bunu nazir tviter hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə həmçinin ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri, qurumla tərəfdaşlığın prioritet istiqamətləri müzakirə edilib.