ALMANİYADA QURAN NÜSXƏSİNİ YANDIRMA TƏXRİBATI BAŞ VERİB

0

Almaniyada naməlum şəxslər Qurani-Kərim nüsxəsini yandıraraq hərəkət edən avtomobildən məscidin qarşısına atıb.

Hadisə, Baden-Vürtemberq əyalətindəki Diyanət Türk İslam Birliyinə (DTİB) bağlı “Mimar Sinan” məscidinin qarşısında baş verib.

Təxribat barədə məlumat verən məscid dərnəyinin rəhbəri Osman Adıbelli hadisənin 8 iyul səhər saat 04.00 radələrində baş verdiyini deyib.

Adıbelli şikayət etdiklərini, kamera görüntülərini polisə verdiklərini və hadisə barədə təhqiqat başladıldığını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən...

Bağla