Küveyt hökuməti, İsveçdə tərcüməsi ilə birlikdə 100 min Qurani-Kərim paylamaq barədə qərar qəbul edib.
Bu barədə məlumatı yayan ölkənin rəsmi KUNA agentliyi bu qərarın Nazirlər Kabinetinin həftəlik iclasında qəbul edildiyini qeyd edib.
Məlumatda, baş nazir şeyx Əhməd Nəvvaf əl-Əhməd əs-Sabahın göstərişi ilə müvafiq qurumun isveçcə tərcüməsi ilə 100 min Qurani-Kərim nəşr edəcəyi bildirilib.
Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda iyunun 28-də İraq əslli Salvan Momika adlı şəxs Qurani-Kərim nüsxəsini yandırmışdı.
Azərbaycan da olmaqla bütün müsəlman ölkələr və bəzi qeyri-müsəlman ölkələr hadisəni pisləmişdilər.