İsveçdə İncili və Tövratı yandırmaq üçün yerli polisdən izn istəyən və bunu əldə edən suriyalı müsəlman Əhməd Alluş jurnalistlərə verdiyi açıqlamada müqəddəs kitabları yandırmaq fikrində olmadığını deyib.
Alluş, heç bir müqəddəs kitabın yandırılmasının düzgün olmadığına diqqəti cəlb eləmək üçün bu aksiyanı keçirdiyini deyib.
“Mən müsəlmanam müqəddəs və dini kitabları yandırmaram. Söz azadlığı ilə etnik qrupları təhqir etmək arasında fərq var. Qurani-Kərim və digər müqəddəs kitabların yandırılması nifrət cinayəti kimi dəyərləndirilməlidir. Cəmiyyətin diqqətini buna cəlb eləmək üçün İncil ilə Tövratın yandırılmasına izn aldım. Məqsədim qətiyyənn heç bir müqəddəs kitabı yandırmaq deyil.” – deyə Əhməd Alluş qeyd edib.
Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda iyunun 28-də İraq əslli Salvan Momika adlı şəxs Qurani-Kərim nüsxəsini yandırmışdı.
Azərbaycan da olmaqla bütün müsəlman ölkələr və bəzi qeyri-müsəlman ölkələr hadisəni pisləmişdilər.