QMİ SƏDRİ ALLAHŞÜKÜR PAŞAZADƏ RUMINİYA MÜFTİSİ İLƏ GÖRÜŞÜB

0

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rumıniya Müftisi Murad Yusif ilə görüşüb.

Səmimi qardaşlıq şəraitində keçən görüşdə QMİ sədri A. Paşazadə qonağı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, ölkəmizdəki multikultural dəyərlər, konfessiyalararası anlaşma və harmoniya mühiti barədə məlumatlandırıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra azad Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, əzəli ərazilərimizə davam edən qayıdış prosesi barədə məlumat verən Şeyxülislam A. Paşazadə erməni işğalçılarının törətdikləri vamdallıqların miqyası barədə qonağa ətraflı məlumat verdi, dini-mənəvi abidələrimizin yenidən qurulması, bərpası istiqamətində dövlət tərəfindən görülən misilsiz işlərdən danışıb. Rumın Müftisinin Azərbaycanda keçirilə Dünya dini liderlərinin II Bakı Sammitində iştirakçı olduğunu xatırladan A.Paşazadə növbəti Sammitə hazırlıq işlərinin getdiyini və rumın müftisini bu forumda da görmək istədiklərini qeyd edib.

Rumıniya müftisi Murad Yusif Azərbaycanda səfərdə olmaqdan və müdrik din xadimi kimi ehtiram bəslədiyi Şeyxülislam A.Paşazadə ilə görüşmək fürsətindən olduqca məmnun olduğunu ifadə edib. Qonaq dost ölkələrimiz arasında əlaqələrin inkişafının dini-mənəvi sahədə də ənənəvi münasibətlərin dərinləşməsi üçün münbit zəmin yaratdığından şad olduğunu bildirərək, QMİ sədrini Rumıniyaya səfər etməyə dəvət etməkdən şərəf duyduğunu xüsusi qeyd edib. 

Görüşdə Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vasile Soare, Rumıniya Parlamentinin deputatı Əhməd Varol iştirak ediblər.

Qonaqlara xatirə hədiyyələri təqdim olunub.Başakşehir Kayaşehir’de geçtiğimiz sabah namaz vaktinde camiye giren bir sokak köpeği namaz kılan vatandaşlara zor anlar yaşattı. Bazı vatandaşlar korkarak namazını bozarken bazıları köpeği çıkartmaya çalıştı. İlginç anlar güvenlik kamerası tarafından görüntülendi.

Başakşehir Kayaşehir’de bulunan Hayır Ortakları Camii’nde geçen gün sabah namazı vaktinde bir sokak köpeği açık bırakılan kapıdan içeriye girerek namaz kılan cemaatin önünde yatmak istedi. Bazı vatandaşlar korkarak namazını bozarken bazıları köpeği namaz kılınan alandan dışarıya çıkartmak istedi. İlginç anlar caminin güvenlik kamerası tarafından görüntülendi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDDƏ NAMAZ QILAN MÖMİNLƏRİN KÜÇƏ İTİ İLƏ İMTAHANI – VİDEO

Türkiyədə məsciddə sübh namazı qılan möminlər qeyri-adi hadisə ilə üzləşib. Hadisə İstanbul şəhəri, Başakşehir rayonu Kayaşehir məhəlləsindəki məscidlərdən birində baş...

Bağla