Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib.
Bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Azərbaycan XİN İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırır”, – paylaşımda deyilir.
Report