Səudiyyə Ərəbistanı vətəndaşları xaricdə yaşayan dostlarına ümrə və s. ölkədaxili ziyarətlər üçün şəxsi dəvət vizası göndərə biləcək.
Bu barədə Səudiyyə Ərəbistanı krallığı Həcc və Ümrə Nazirliyinin sosial şəbəkədəki hesabında məlumat paylaşılıb.
Açıqlamaya görə, krallıq vətəndaşının dəvət etdiyi müsəlman, şəxsi dəvət vizası üçün müraciət edə biləcək. Vizalar birbaşa və ya portal vasitəsilə müraciət əsasında əldə edilə biləcək.
Məlumata görə, bu viza 90 gün qüvvədə olacaq, bu viza ilə ümrə edilə biləcək, Məscidi-Nəbəvi ziyarət edilə biləcək. Həmçinin bu viza ilə Səudiyyə Ərəbistanının digər şəhərləri və bölgələrinə səyahət mümkün olacaq.
Açıqlamada bu vizaların tətbiq tarixi və qiymətləri barədə məlumat verilməyib.