İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkkilatı (İƏT) İsveç və Danimarkada Qurani-Kərimin təhqir edilməsini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin məruzəçisi Nasir Kənani məlumat yayıb. Kənani bu iclasın bazar ertəsi günü keçiriləcəyini deyib.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ barədə İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri ilə danışdığını deyən məruzəçi, iclasın onlayn formatda keçiriləcəyini qeyd edib.
Xatırladaq ki, iyunun 28-də iraqlı Salvan Momika Stokholm məscidinin qarşısında Qurani-Kərim nüsxəsini yandırmışdı. Ötən həftə isə İraqın Danimarkada olan səfirliyinin qarşısında irçi bir qrup Quran nüsxəsini yandırmışdı.