Səlcuq Bayraktar “IDEF – 23” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

0

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yerləşdirilən Azərbaycan pavilyonunda olub.

“Report”un sərgidə iştirak edən Türkiyə təmsilçisinin verdiyi məlumata görə, Səlcuq Bayraktar və onu müşayiət edən heyət pavilyonda Azərbaycanın müdafiə sənayesi sahəsindəki yeni silah, sursat və hərbi avadanlıqları ilə tanış olublar.

Azərbaycan pavilyonunun ziyarətində Bayraktarla yanaşı, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Talıb Görgün də iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT QURANI MÜDAFİƏ ETMƏK ÜÇÜN FÖVQƏLADƏ İCLAS KEÇİRƏCƏK

İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkkilatı (İƏT) İsveç və Danimarkada Qurani-Kərimin təhqir edilməsini müzakirə etmək üçün fövqəladə iclas...

Bağla