AZƏRBAYCANIN SU-25 TƏYYARƏLƏRİ TÜRKİYƏDƏ TƏKMİLLƏŞDİRİLƏCƏK

0

İyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib.

“IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün və digər rəsmilər iştirak edib.

Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN XİN BAŞÇISI GƏLƏN HƏFTƏ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə səfər edəcək. Bu barədə "Report"un Ankara bürosu xəbər verir. Səfər çərçivəsində...

Bağla