Səudiyyə Ərəbistanı Kopenhagendə Qurani-Kərimin yandırılması ilə əlaqədar Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Danimarkada radikal bir qrupun Quranı yandırmaq, İslam və müsəlmanlara qarşı irqçi şüarlar səsləndirmək kimi hərəkətlərinin daha əvvəl də pisləndiyi bildirilib.
Açıqlamada Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası verildiyi, beynəlxalq normalara, qanunlara və dini təlimlərə uyğun gəlməyən bu cür biabırçı hərəkətlərin qarşısının alınmasının Danimarkadan tələb edildiyi vurğulanıb.
“Səudiyyə Ərəbistanı dinlər arasında nifrət yayan bu hərəkətləri qəti şəkildə rədd edir”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter” (Danimarka Patriotları) adlı qrupun üzvləri Quranı yandırıblar.
İslam əleyhinə plakatlar açıb İslamı təhqir edən şüarlar səsləndirən qrup üzvləri iyulun 21-də İraq, 24-də İran və İraq, 25-də isə Misir və Türkiyə səfirlikləri qarşısında Qurani-Kərum nüsxəsini yandırıblar.