Səlim Argun: Azərbaycanla Türkiyə arasında dini-mənəvi əlaqələr uğurla inkişaf edir

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 28-də Türkiyənin Diyanət İşləri İdarəsinin sədr müavini Səlim Argun ilə görüşüb.

Komitədən bildirilib ki, görüşdə bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinə diqqət çəkən Mübariz Qurbanlı iki qardaş ölkə arasında doğma münasibətlərin bütün müstəvilərdə özünü doğrultduğunu bildirib.

Daha sonra Dövlət Komitəsinin sədri nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmçinin din sahəsində kadrların hazırlanması və Azərbaycan İlahiyyat İnstitutunun bu yöndə fəaliyyəti barədə məlumat verib.

Ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə edən Türkiyənin Diyanət İşləri İdarəsinin sədr müavini Səlim Argun iki ölkə arasında dini-mənəvi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Bu münasibətlərin daha da intensivləşdirilməsində Dövlət Komitəsi və Diyanət İşləri İdarəsinin birgə fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açıkın da iştirak etdiyi görüşdə, həmçinin 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi, işğaldan azad edilmiş ərazilərimizin bərpası xüsusi olaraq vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Səudiyyə Ərəbistanı Qurani-Kərimin yandırıldığı Danimarkaya nota verdi

Səudiyyə Ərəbistanı Kopenhagendə Qurani-Kərimin yandırılması ilə əlaqədar Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Səudiyyə Ərəbistanı Xarici İşlər...

Bağla