Türkiyədə rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başa çatıb.
Türkiyə mətuatının yaydığı məlumata görə, hər iki ölkənin baş diplomatı mətbuata bəyanatla çıxış edir.
Hakan Fidan, güclü Azərbaycanın güclü Türkiyə, güclü Türkiyənin güclü Azərbaycan olduğunuu deyib
“Regional sabitliyə aparan yol hərtərəfli sülh sazişindən keçir. Bunun üçün Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.” – deyə qardaş ölkənin XİN başçısı bildirib.