Azərbaycan İsveç və Danimarkanı Quranın yandırılmasına qarşı ciddi addımlar atmağa çağırıb

0

“Son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan Qurani-Kərimin yandırılması tamamilə qəbuledilməzdir. Biz bunu pisləyirik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu, müsəlmanların hissləri ilə oynamaqdır: “Odur ki, bu hərəkət söz azadlığı kimi təqdim edilməməlidir. Hesab edirəm ki, sözügedən dövlətlərin hökumətləri bu barədə konkret addımlar atmalıdırlar”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İslam dövlətləri Qurana qarşı hücumlarla bağlı ortaq mövqe sərgiləməlidir”

"İslam dövlətləri Qurana qarşı hücumlarla bağlı ortaq mövqe sərgiləməlidir". Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla...

Bağla