ƏRDOĞAN CEYHUN BAYRAMOVU QƏBUL EDİB

0

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.

Bundan başqa görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

R.T.Ərdoğan və C.Bayramov həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan İsveç və Danimarkanı Quranın yandırılmasına qarşı ciddi addımlar atmağa çağırıb

“Son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan Qurani-Kərimin yandırılması tamamilə qəbuledilməzdir. Biz bunu pisləyirik”. Bunu Azərbaycanın xarici işlər...

Bağla