İƏT Quranın yandırılması ilə bağlı Aİ Komissiyasına nümayəndə heyəti göndərəcək

0

Ötən gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qurana qarşı hücumlarla mübarizə məqsədilə təşkil edilən 18-ci Fövqəladə Xarici İşlər Nazirləri toplantısında bəzi qərarlar qəbul edilib. Bu barədə toplantıdan sonra İƏT-in səhifəsində bəyanat dərc olunub.

Bəyanatda İsveç və Danimarkada Quranın müqəddəsliyinə qarşı dəfələrlə edilən hücumların şiddətlə pisləndiyi ifadə edilib.

Bildirilib ki, İƏT ifadə azadlığı adı altında həyata keçirilən bu kimi halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlər görmək üçün Aİ Komissiyasına nümayəndə heyəti göndərmək qərarına gəlib.

Bəyanatda İƏT-ə üzv ölkələr Qurani-Kərimin yandırıldığı ölkələrlə əlaqələrini nəzərdən keçirərək lazımi mövqe tutmağa çağırılıb.

Bu kontekstdə üzv dövlətlərdən siyasi addımlar atmaq, o cümlədən İsveç və Danimarkadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırmaq istənilib.

Bəyanatda həmçinin müsəlmanlara və İslamın müqəddəs simvollarına qarşı iyrənc hücumların dərindən qiymətləndirilməsi üçün İƏT-in İslamofobiya üzrə İcraiyyə Şurasının növbəti iclasının keçirilməsi tələb olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNGİLİS KİŞİ MÜSƏLMAN OLDUQDAN 24 SAAT SONRA ÖLDÜ – FOTO

İngiltərədə xərnçəng xəstəsi olan Etoni Mark Ueynrayt (Anthony Mark Wainwright) İslam dinini qəbul etdikdən 24 saat sonra dünyasını dəyişib. Bu...

Bağla