QIRĞIZISTANIN BAŞ MÜFTİSİ QMİ-İƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRİB

0

Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyası Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin yüksək mükafatı ilə təltif edilib. QMİ Həcc missiyası builki Həcc mövsümü ilə bağlı hazırlıq və elektron sənədləşmə işlərini yüksək səviyyədə yerinə yetirdiyinə görə bu mükafata layiq görülüb.

QMİ Həcc missiyası bu sahədəki zəngin təcrübəsini ziyarət mövsümündə digər türkdilli ölkələrin dini mərkəzləri ilə bölüşüb, elektron sənədləşmə işləri ilə bağlı məsləhətlərini əsirgəməyib. Qırğızıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, Baş Müfti Zamir Rakiyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə göndərdiyi məktubda da göstərilən köməyə görə təşəkkür edilib.

Baş Müfti məktubunda QMİ Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiriyə Həcc mövsümünə hazırlıq və elektron sənədləşmə işlərinin tətbiqinə göstərdiyi yardım üçün minnətdarlığını bildirib

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT Quranın yandırılması ilə bağlı Aİ Komissiyasına nümayəndə heyəti göndərəcək

Ötən gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qurana qarşı hücumlarla mübarizə məqsədilə təşkil edilən 18-ci Fövqəladə Xarici İşlər Nazirləri toplantısında bəzi...

Bağla