XİN: “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri regionda təhlükəsizlik və inkişafın təminatıdır”

0

“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri və strateji müttəfiqlik regionda təhlükəsizlik və inkişafın təminatıdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O, iyulun 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Türkiyəyə səfər etməkdən məmnunluğunu bildirib.

Qeyd edək ki, C.Bayramov dünən Ankarada rəsmi səfərdə olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan və digər rəsmilərlə görüşüb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİSİR PREZİDENTİ ALLAHŞÜKÜR PAŞAZADƏNİ ÖLKƏSİNƏ SƏFƏRƏ DƏVƏT EDİB

Misir Prezidenti Əbdülfəttah Sisi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni ölkəsinə səfərə dəvət edib. QMİ-nin Mətbuat xidmətindən bildirilib...

Bağla