Danimarka Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndirib

0

İsveçin ardınca Danimarka da Quranın yandırılması ilə bağlı hərəkətlərə görə təhlükəsizlik tədbirlərini gücləndirir.

Bu barədə “The Local” məlumat yayıb.

Belə ki, Kopenhagendə nümayişçilərin Quranı yandırdığı son nümayişlərlə bağlı təhdidlərə görə Danimarkanın Almaniya və İsveçlə sərhədlərində nəzarət gücləndiriləcək.

Qərar Milli Polis Kəşfiyyat Xidmətinin tövsiyəsi əsasında qəbul edilib və avqustun 10-dək qüvvədə olacaq.

Bir gün əvvəl müqəddəs kitabın yandırıldığı aksiyalarla bağlı mümkün nəticələrə görə İsveç polisi təhlükəsizlik vəziyyətinin pisləşməsi və terror hücumları riskinin artması ilə əlaqədar milli səviyyədə xüsusi tədbirlər elan edib.

Həmçinin, İsveç hökuməti polisə insanları dayandırmaq və axtarış etmək üçün daha geniş səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini gücləndirib.

Son həftələr Danimarka və İsveçdə Quranın yandırılması və ya başqa şəkildə təhqir olunması ilə bağlı bir neçə etiraz aksiyası keçirilib. Bu, ölkənin müsəlman dünyası ilə münasibətlərində gərginliyə səbəb olub.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İSVEÇDƏ QURANI YANDIRAN ŞƏXS BARƏDƏ HƏBS QƏRARI VERİB

Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb. Baş Prokurorluğun tələbi...

Bağla