Türkiyədə çox sayda sərnişinin ölümü və xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yerli mətbuatın xəbərinə görə, Sivas şəhərindən İstanbula hərəkət edən sərnişin avtobusu Yozgat vilayətinin Sorgun rayonunda dərəyə aşıb.
Baş vermiş qəza nəticəsində 12 nəfər dünyasını dəyişib, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar Yozgat şəhər xəstəxanasına və Sorun rayon xəstəxanasına çatdırılıb.
Hüquq-mühafizə orqanları qəza barədə istintaq başladıb.