Türkiyədə üç azərbaycanlı Jandarm və Sahil Mühafizə Akademiyasının məzunu kimi zabit rütbəsi alıb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov feysbukda məlumat yayıb. Tədbirdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak və çıxış edib.
Qeyd olunub ki, ümumilikdə bu il Akademiyadan 19 xarici vətəndaş məzun olub.