Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Quranın təhqir edilməsi üzrə davam edən aksiyalara görə etiraz edilib.
TASS xəbər verir ki, Danimarka nümayəndəsi son 7 gündə 6-cı dəfə XİN-ə getməli olur.
“Quranın yandırılması aksiyalarının davam etməsi ilə əlaqədar Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili altıncı dəfə Xarici İşlər Nazirliyinə çağırılıb və bu çirkin hərəkətlər pislənilib”, – mənbə bildirib.
Bundan əvvəl müvəqqəti işlər vəkili avqustun 18, 21, 22, 23 və 24-də XİN-ə çağırılmışdı.