DANİMARKA QURANI YANDIRANLARA HƏBS CƏZASI VERİLMƏSİNİ İSTƏYİR

0

Danimarka hökuməti ölkədə Quranın yandırılmasını cinayət hesab edən qanun qəbul etmək istəyir. Bu hərəkətə görə insanlar 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

“Reuters” xəbər verir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelqaard bildirib.

“Hökumət dini icma üçün vacib olan əşyalarla uyğunsuz davranışı qadağan edən qanun təklif edəcək”, – P.Hummelqaard deyib.

Nazir əlavə edib ki, Quran, İncil və ya Tövratın yandırılması qanunsuz olacaq.

Hökumət, həmçinin Danimarkada Quranın yandırılmasının qadağan edilməsinin söz azadlığını pozacağını bildirən bəzi müxalifət partiyalarının etirazlarını rədd edib.

“Hesab edirəm ki, öz düşüncəni ifadə etmək üçün əşyaları yandırmaqdan daha sivil yollar var”, – P.Hummelqaard deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ QURANA GÖRƏ DANİMARKAYA SON 1 HƏFTƏDƏ 6-CI DƏFƏ NOTA VERİB

Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Quranın təhqir edilməsi üzrə davam edən aksiyalara...

Bağla