TÜRKİYƏNİN MİLLİ MÜDAFİƏ NAZİRİ BAKIYA GƏLİB

0

Avqustun 26-da Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DANİMARKA QURANI YANDIRANLARA HƏBS CƏZASI VERİLMƏSİNİ İSTƏYİR

Danimarka hökuməti ölkədə Quranın yandırılmasını cinayət hesab edən qanun qəbul etmək istəyir. Bu hərəkətə görə insanlar 2 il müddətinə azadlıqdan...

Bağla