NYU YORK BƏLƏDİYYƏSİNDƏN TARİXİ AZAN QƏRARI

0

Nyu-York meri Erik Adams elan edib ki, cümə günləri və Ramazan ayında iftar vaxtı şəhərdəki məscidlərdə azan çöldə oxuna bilər.

Adams mətbuat konfransında deyib: “Biz bürokratiyanı aradan qaldırırıq və açıq şəkildə deyirik ki, əgər hər hansı ritualda və ya ibadət yerindəsinizsə, cümə namazını daha güclü şəkildə elan etmək üçün icazə almaq üçün müraciət etməyinizə ehtiyac yoxdur”.

Müxtəlif məscid dərnəkləri və müsəlman fondlarının nümayəndələrinin iştirak etdiyi toplantıda Adams iştirakçılara “Nyu Yorkda inancınızı həyata keçirməkdə azadsınız. Qürur duyuram, nəhayət, bu gün bunu edirik” deyib.

Adams, İslamın xristianlıq, yəhudilik və digər inanclar kimi Nyu-York mədəniyyətinin mühüm elementlərindən biri olduğunu, məscidlərin cinayət və qeyri-qanuni mühacirlərlə mübarizədə böyük yardımçı olduğunu ifadə edib.

Müsəlman icması liderlərinin Adams və digər rəsmilərə təşəkkür etdiyi toplantının sonunda eyni kürsüdən azan oxunub və ingiliscə izahı verilib.

Bələdiyyənin qəbul etdiyi qərara uyğun olaraq, Nyu Yorkda azan Ramazan ayının iftar vaxtı “məqbul səviyyədə” saxlanılması şərti ilə ilk cümə günü saat 12.20-13.30 arasında oxunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN İLİN ƏN BÖYÜK SUPER AY HADİSƏSİ MÜŞAHİDƏ OLUNACAQ

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika...

Bağla