Yaşar Gülər: “Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir”

0

“Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir”.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla birgə Eskişəhərdəki Birinci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan, Liviya, Kosovo, Qətər kimi dost, qardaş və müttəfiq ölkələrin haqlı mübarizəsinə dəstək verir.

Y.Gülər həmçinin sərhədlərin müdafiəsinin lazımi şəkildə qorunduğunu bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YUXARI GÖVHƏR AĞA MƏSCİDİNƏ İMAM TƏYİN OLUNUB

Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhər ağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub. Məscidin imamı Mirabdullah Həsənli “Report”a...

Bağla