“TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir”.
Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: “Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.
M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də TEXNOFEST-in təşkilində maraqlıdırlar.
Qeyd edək ki, TEXNOFEST 2022-ci ildə Bakıda təşkil olunub. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.