Əli Yerlikaya TDT nazirlərinin Bakı görüşündə: Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq

0

“Bu təşkilat birliyimizin, qardaşlığımızın simvoludur və Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq”.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

Onun sözlərinə görə, bu il Türkiyədə 50 min sakin zəlzələ qurbanı oldu, 14 milyon nəfər isə zərər çəkdi.

“Çətin günlərdə bizləri tək qoymadınız. Bir çox vətəndaşımızın sağ qalmasında sizlərin böyük rolu oldu. Təkcə Kahramanmaraşda Azərbaycanın qurduğu 2 səhra xəstəxanasında qardaşlarımız tərəfindən xilas edilən 1 410 vətəndaşımız müalicə aldı. Bizim harayımıza ilk gələn ölkə qardaş Azərbaycan oldu. Eyni zamanda, 90 ölkədən Türkiyəyə müxtəlif yardımlar göndərildi”, – nazir qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda TDT ölkələri Təbii Fəlakət və FH-nin idarə edilməsi üzrə nazirlərinin ikinci görüşü başlayıb

Bakı Konqres Mərkəzində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə...

Bağla