“Türkiyə və Azərbaycan dostluğunun əbədi olmasını arzulayıram”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib.
Onun sözlərinə görə, Türkiyə xalqı üçün Azərbaycan çox əzizdir: “Biz Azərbaycan haqqında danışanda “Can Azərbaycan” ifadəsindən istifadə edirik. Azərbaycanı canımız olaraq görürük”.
N.Kurtulmuş qeyd edib ki, Türkiyə bundan sonra dostlarının sayını artırmağa, düşmənçilikləri azaltmağa çalışacaq.